Belçika Rusiyanın rekord məbləğdə aktivlərini dondururbbackend

Belçika Rusiyanın rekord məbləğdə aktivlərini dondururb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika Maliyyə Nazirliyi Rusiyanın 58 milyard avroluq aktivlərini bloklayıb. Editor.az bildirir ki, “The Brussels Times” Belçikanın maliyyə naziri Vincent Van Peteghem-ə istinadən xəbər verib.

Bundan əlavə, Rusiya ilə bağlı 191 milyard avro dəyərində əməliyyatlar da bloklanıb. 58 milyard dollar bütün Aİ ölkələri arasında bloklanmış aktivlərin ən böyük məbləğidir. Bütövlükdə Belçikanın məhdudiyyətləri “qara siyahı”ya salınmış 1789 Rusiya şirkətinə və ya fiziki şəxsə təsir edib. 2022-ci ilin sonuna olan məlumata görə, Aİ ölkələri Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub.

Bunun da ən çoxu Belçikada, daha sonra Lüksemburq, İtaliya, Almaniya, İrlandiya, Avstriya, Fransada bloklanıb. Belçika Maliyyə Nazirliyi həm də “Euroclear” depozitarının tənzimləyicisidir. Onun hesablarında rusların 1,8 trilyon rubla yaxın vəsaitin dondurulduğu üzə çıxıb.

  //Samir Qurbanov, Editor.az