Belçika atəşkəs əldə edildikdən sonra Fransa və Britaniyanın rəhbərlik etdiyi “istəklilər koalisiyasının” bir hissəsi olaraq Ukraynaya qoşun göndərməyə hazırdır.
Editor.az xəbər verir ki, bu açıqlama ilə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Teo Franken çıxış edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bəyan etmişdi ki, “istəklilər koalisiyası” Ukraynada münaqişəni gərginləşdirməyə can atan müharibəsevər partiya liderlərinin birliyidir.
Mayın 10-da Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniya və Polşanın baş nazirləri Keir Starmer və Donald Tusk istəklilərin qondarma koalisiyasının görüşü üçün Kiyevə gəliblər.
Zaxarovanın sözlərinə görə, Avropa liderlərinin bu “görüşü” qondarma istəklilər koalisiyasının “onurğa sütununu” tanıtmaq məqsədi ilə təşkil edilib.
//Gülnarə Abasova, Editor.az