Belçika və Ukrayna Kiyevə 977 milyon avro maliyyə yardımı, həmçinin Amerika F-16 qırıcılarının tədarükünü əhatə edən təhlükəsizlik sazişi imzalayıb.
Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Belçikanın baş naziri Aleksandr De Kru bildirib. “Belçika və Ukrayna təhlükəsizlik sazişi imzalayıblar”, – baş nazir bildirib. Onun sözlərinə görə, imzalanmış sənəd 2028-ci ilə qədər Ukraynaya 30 ədəd F-16-nın tədarükünü də nəzərdə tutur.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin iki ölkə arasında təhlükəsizlik sazişi imzalamaq üçün Belçikaya səfər edəcəyi bildirilirdi.
//Gülnarə Abasova, Editor.az

