Belçikada kilsələr boşalırbackend

Belçikada kilsələr boşalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada kilsədən ayrılmaq istəyənlərin sayı artıb. Editor.az xəbər verir ki, 2021-ci ildə ölkədə “kilsədən qeydiyyatdan çıxma tələbi” əvvəlki illə müqayisədə 4 dəfə artıb. Katolik Kilsəsinin dərc etdiyi 2021-ci il hesabatına görə, Belçikada 5200 nəfər vəftiz olunmuş kimi qeydiyyata alındıqları kilsədən qeydiyyatdan çıxarılıb. 2020-ci ildə isə bu rəqəm 1261 nəfər olub.

Epidemiyadan əvvəl 2019-cu ildə 42 min insanın vəftiz olunduğu Belçikada 2020-ci ildə kilsələr qadağalar səbəbindən bağlanıb və vəftizlər dayandırılıb. Epidemiya tədbirlərinin yumşaldılması ilə 2021-ci ildə ümumilikdə 36 min 834 vəftiz edilib. Epidemiyadan sonra artması gözlənilən vəftiz nisbətləri gözləntilərin altında qalıb, kilsədə keçirilən toyların sayı isə əvvəlki illərə nisbətən xeyli azalıb.

Xristian kimliyi ilə tanınan, lakin kilsələrin getdikcə boşaldığı Belçikada son illərdə yaşanan qalmaqallar Katolik Kilsəsinin nüfuzunu itirməsinə səbəb olub. Belçikada ibadət edənlərin sayı azaldığı üçün keçən il 35 kilsə qapılarını bağlamalı olub, bəziləri isə kitabxana və ya konsert salonu kimi fəaliyyət göstərir.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!