“Bu möhtəşəm tədbirin Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu”- ŞƏRHbackend

“Bu möhtəşəm tədbirin Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşa növbəti dəfə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Şuşadakı qeyri rəsmi Zirvə görüşü Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsi kimi qiymətləndirilə bilər. Bu tədbir beynəlxalq aləmdə də böyük maraq yaradıb və mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu:

“Zirvə görüşü dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi. Azərbaycanın azad olunmuş əraziləri artıq regional və beynəlxalq siyasi dialoq məkanına çevrilməkdədir. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Bu gün TDT, həqiqətən, dünyanın gündəminə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Bu dəfə 8 ölkənin lideri Türk dünyasının mədəniyyət paytaxtı Şuşada mühüm siyasi məsələləri müzakirə etdilər. Bu tədbir hər şeydən öncə Azərbaycanın azad olunmuş ərazilərində əhalinin normal və təhlükəsiz həyatına təminatın yaradılmasının beynəlxalq səviyyədə nümayiş etdirilməsinə də şərait yaratdı. Eyni zamanda, belə beynəlxalq miqyaslı tədbirlər Azərbaycanın Qarabağ iqtisadi rayonuna həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi düzgün və qətiyyətli siyasətinin, uğurlu strategiyasının bəhrəsidir. TDT-nin Şuşa görüşünün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfər sammiti adlandırmaq olar. Bu sammitin məhz Şuşada – Türk dünyasının mədəniyyət paytaxtında keçirilməsi isə Türk coğrafiyasında inteqrasiyanın dərinləşməsinə, qardaşlıq bağlarının daha da möhkəmlənməsinə təkan verəcək”.

//Gülnarə Abasova, Editor.az