“Belə bir şəraitdə Azərbaycan Ordusunun cavabı özünü çox gözlətmədi “- ŞƏRHbackend

“Belə bir şəraitdə Azərbaycan Ordusunun cavabı özünü çox gözlətmədi “- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus sülhməramlıları Qarabağdakı fəaliyyəti 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsi ilə tənzimlənib. Lakin Ermənistan imzalanmış bəyanatın tələblərini yerinə yetirməkdən zaman- zaman boyun qaçırdaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Vaxt udmağa çalışmaq, zaman qazanmaq, nələrəsə ümid etmək yenə erməni siyasətinin başlıca və yalnış məqsədinə çevrildi. Belə bir şəraitdə Azərbaycan Ordusunun cavabı özünü çox gözlətmədi. Cəmi bir günlük uğurlu antiterror əməliyyatı ilə Ermənistanın üzərinə götürdüyü, lakin yerinə yetirməkdən yayındığı bütün müddəalar həyata keçirilmiş oldu. Bu antiterror əməliyyatı ilə əslində 10 noyabr bəyanatı da öz mövcudluğunu itirmiş oldu. Artıq bu bəyanatın yalnız tarixə aid olduğunu söyləyə bilərik”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Rusiya prezidenti Vladimir Putin başda olmaqla, ölkənin bir çox rəsmiləri dəfələrlə, rus sülhməramlıların statusu ilə bağlı məsələyə toxunublar:

“Ümumi fikir ondan ibarətdir ki, artıq Qarabağda sülhməramlılara ehtiyac yoxdur.Məsələ ilə bağlı zaman-zaman RF MN-nin açıqlamalarından da məlumdur ki, sülhməramlı kontingentin bir neçə məntəqəsi bağlanıb və bayraqları sökülüb. Bu prosesin davam edəcəyi və rus qüvvələrin öz missiyasını yaxın həftələrdə tam yekunlaşdıracağı və bəyanatda göstərilən beş illik müddəti gözləmədən bölgəni, eyni zamanda, ölkəmizin ərazisini tərk edəcəkləri müşahidə olunmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin son dərəcə dəqiq hesablanmış hərbi-siyasi strategiyası ölkəmizin mürəkkəb geopolitik trüblanslardan uğurla çıxmasını təmin edir”.

//Gülnarə Abasova, Editor.az