“Belə davam edərsə, antiterror əməliyyatlarının sayının artacağı gözlənilir”- ŞƏRHbackend

“Belə davam edərsə, antiterror əməliyyatlarının sayının artacağı gözlənilir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ konqresmeni Adam Şiff Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentlə bağlı açıqlama yayıb. O Azərbaycan ərazisində hərbi təyinatlı daşımalar həyata keçirməyə çalışan və əsgərlərimizə atəş açan qeyri-qanuni erməni silahlı dəstələrini “Artsax polisi” kimi təqdim etməyə və onların  haqlı olaraq zərərsizləşdirilməsini “pisləməyə” çağırıb.

Söhbət hansı “polislər”dən gedir? Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri legitimləşdirmək cəhdi nəyə xidmət edir? 

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Qarabağ ərazisində Ermənistan Müdafiə Nazirliyinin ümumqoşun ordu birləşmələri dislokasiya olunub:

“Bundan başqa ermənilərin separatçı silahlı birləşmələri də mövcuddur. Qarabağdakı qondarma sistemin də özlərinin “polis” və ya digər hüquq mühafizə orqanları kimi adlandırdıqları bölmələr də fəaliyyət göstərir. Azərbaycan ərazisində ölkəmizə aid olmayan bütün hərbi  birləşmələri terrorçu, qeyri-qanuni birləşmə hesab edirik. Bu qanunlara tamamilə uyğundur. Ermənilər bu prosesdə separatçılıqla məşğul olurlar”.

Hərbi ekspertin fikrincə, Azərbaycan Respublikası bütün bu baş verən hadisələr fonunda 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinin qeyd-şərtsiz tez bir zamanda icra olunmasını tələb etməlidir:

” Yalnız bundan sonra həmin ərazidə separatçı, silahlı, qeyri-qanuni birləşmələrin fəaliyyəti dayandırıla bilər.  Bu missiya isə Rusiya kontingentinin üzərinə düşür. Çünki rəsmi Moskva da həmin bəyanatın icrasına təminat verib.
Mart ayının 5-də baş verən hadisəni antiterror əməliyyatı hesab edirəm. Bu kimi halların qarşısının alınması üçün ölkəmiz həm Qərb, həm də Rusiyadan 10 noyabr bəyanatının icra olunmasını tələb etməlidir. Əks təqdirdə antiterror əməliyyatlarının sayının artacağı artıq indidən məlumdur “.

//Gülnarə Abasova, Editor.az