Belə gedərsə, karantin rejimi sərtləşdiriləcək – İnfeksionist XƏBƏRDARLIQ ETDİbackend

Belə gedərsə, karantin rejimi sərtləşdiriləcək – İnfeksionist XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda yoluxma sayı 300-350 civarındadır və artan tendensiya üzrə davam edir. Rəqəmlərin hər gün artmasının səbəbləri məktəblərin, universitetlərin, uşaq bağçalarının, kafe və restoranların açılması ilə izah oluna bilər.

Bu sözləri Publika.az-a açıqlamasında infeksionist-parazitoloq Vüqar Cavadzadə deyib. Ekspert bildirib ki, koronavirus infeksiyasında inkubasiya dövrü 14 gündür:

“Karantin məhdudiyyətlərinin bir çoxu fevralın ortalarından etibarən aradan qaldırılmağa başladı. Bu da o deməkdir ki, fevralın 16-da yoluxan insanlar martın əvvəllərinə qədər xəstələnə bilər. Məktəblər və universitetlərdə tələbə və müəllim heyətinin, eyni zamanda kafelərdə əhalinin bir yerə yığışmağa başlaması, avtobuslarda sıxlığın və təmasların artması ilə yoluxma sayı da artdı”.

Həkim qeyd edib ki, sərtləşdirici tədbirlər görülməzsə, vəziyyət yenidən ağırlaşa bilər:

“Mart ayında bayramların sayı çoxdur. İstər 8 Mart, istər Novruz çərşənbələri, istərsə də Novruz bayramını adətən əhali birlikdə qeyd etməyə üstünlük verir. Novruz adətlərinə uyğun olaraq insanlar bir-birinə qonaq gedir, müəyyən tədbirlər keçirir. Bu səbəbdən də bayram ərəfəsində yoluxma sayının artması gözləniləndir. Artım sürətli olarsa, Operativ Qərargah karantin tədbirlərini yenidən sərtləşdirəcək.

Bədbin proqnozların qarşısını almaq məqsədi ilə insanlara məsləhətimiz odur ki, bayram günlərində diqqətli olsunlar. Sosial məsafə qaydalarına əməl etməyə çalışsınlar. İnsanlar bayramlaşmaq və qonaq getmək istəyir, amma mövcud şərait və pandemiya ilə əlaqədar ziyarətlər az olmalıdır ki, bayramdan sonra ciddi qapanmaya getməyək. Virusun yenidən nəzarət altına alınması üçün bir neçə ay lazım olacaq. Əgər martda alovlanma olarsa, vəziyyətin sabitləşməsi yay aylarına gedib çıxa bilər”.