Ramzan Kadırov Ukraynada az məhsuldar nüvə silahından istifadəyə çağırıb Rusiyanın Donbasdakı Krasnı Liman şəhərini itirməsi Çeçenistan lideri ramzan Kadırovu yamanca qəzəbləndirib. O, “daha kəskin tədbirlərə əl atmağa, o cümlədən az gücə malik nüvə silahından istifadə etməyə” çağırıb.
“Rusiya Müdafiə Nazirliyinin Ali Baş Komandana nə məruzə etdiyini bilmirəm, amma mənim fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana qədər daha sərt tədbirlər görülməli və az gücə malik nüvə silahından istifadə edilməlidir”, –Kadırov Telegram kanalında deyib. Bu bəyanat Rusiya MN-nin qoşunların Krasnı Limandan çıxması ilə bağlı açıqlaması fonunda verilib. Qeyd edək ki, sentyabrın 11-də Rusiya hərbçiləri Xarkov vilayətinin Balakleya və İzyum rayonlarını tərk etdikdən sonra, Kadırov xüsusi əməliyyatda dəyişiklik olmazsa, ölkə rəhbərliyinə çıxacağına söz vermişdi.
//Samir,Editor.az

