“Belə görüşlər zamanı bir müzakirədən böyük nəticə əldə etmək mümkün deyil, amma…”- ŞƏRHbackend

“Belə görüşlər zamanı bir müzakirədən böyük nəticə əldə etmək mümkün deyil, amma…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 5-ci görüşünü həm müzakirələrin davam etdirilməsi, həm də əldə olunan nəticə baxımdan müsbət qiymətləndirmək olar. Məlum olduğu kimi uzun müddət idi ki, tərəflərin görüşməsi barədə məlumatlar yox idi. Dünənki görüş isə skeptiklərin iddialarının əleyhinə olaraq müzakirələrin davam etdirildiyini sübut edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, belə görüşlər zamanı bir müzakirədən böyük nəticə əldə etmək mümkün deyil:

“Tərəflər də bunu gözləmir. Amma belə görüş və müzakirələr böyük nəticələrə aparan yolda olan maneələri aradan qaldırmaq baxımından çox faydalıdır. Dünənki görüş çərçivəsində diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlinməsi özü belə artıq faktdır və düşünürəm ki, növbəti görüşlərdə daha ciddi məsələlər barədə məlumatları eşidə biləcəyik.

Heç şübhəsiz ki, Türkiyə və Ermənistan nümayəndələri arasında keçirilən görüş və aparılan müzakirələr Azərbaycan tərəfindən nəzarət altında saxlanılır. Eləcə də Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar barədə Türkiyə tərəfinə mütəmadi məlumatlar verilir”.

//Gülnarə Abasova, Editor.az