“Belə olduqda Azərbaycan müharibəni qaldığı yerdən davam etdirə bilər”- AÇIQLAMAbackend

“Belə olduqda Azərbaycan müharibəni qaldığı yerdən davam etdirə bilər”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçtərəfli bəyanat imzalandığı gün- 10 noyabr 2020-ci ildən onu imzalayan Rusiya və Ermənistan tərəfindən pozulmaqdadır. Bəyanatda açıq şəkildə yazılıb ki, rus sülhməramlıları bölgəyə Ermənistan Silahlı Qüvvələrinin çıxarılması ilə paralel yerləşdiriləcək. Ancaq aradan iki ildən çox vaxt keçməsinə baxmayaraq bəyanatın bu bəndləri yerinə yetirilmir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.


O bildirilib ki, Rusiya sülhməramlıları məhz həmin gecə ildırım sürəti ilə Qarabağa yerləşdirilsə də terrorçu birləşmələr ərazilərimizdən tam şəkildə çıxarılmadı:

” Bu gün də Ermənistanın silahlı birləşmələri Qarabağda qalır. Bu isə Azərbaycan Respublikasına sözügedən bəyanatdan geri çəkilmə haqqı verir. Rəsmi Bakının tam haqqı var ki, bəyanatın tələblərinin qarşı tərəflərin yerinə yetirməməsini əsas götürərək onu tanımasın. Belə olduqda Azərbaycan müharibəni qaldığı yerdən davam etdirə bilər. Heç bir dövlət müharibə, qan tökülməsini istəməz. Ancaq torpaqlarımızda erməni birləşmələrinin qalmasına da rəsmi Bakı çox səbr edə bilməz. Bu baxımdan Azərbaycan beynəlxalq hüquqa dayanaraq öz torpaqlarında antiterror əməliyyatlarını həyata keçirə bilər və buna görə heç kəs onu qınaya bilməz. Biz orada dinc sakinləri hədəfə almırıq, məqsədimiz yalnız ərazilərimizdən qanunsuz silahlı birləşmələri çıxartmaqdır”.

A. Həsrət mart ayı ərzində Azərbaycan Respublikası Prezidentin Adminstrasiyasının iki dəfə Qarabağdakı ermənilərə müraciət edərək onları masa arxasında reinteqrasiya və yenidənqurma işlərini müzakirə etməyə çağırdığı da xüsusi vurğulayıb:

“Ancaq hər dəfə ermənilər bu təklifi rədd etdi. Başqa yol yoxdur. Azərbaycan dövləti bütün mümkün dinc vasitələrdən istifadə edərək ötən müddət ərzində oradakı erməniləri və onların havadarlarını başa salmağa çalışdı ki, ya gəlib masa arxasında oturmalısız, ya da məcbur olub sizinlə başa düşdüyünüz güc dilində danışacağıq. Ermənistanın indi yalnız iki çıxış yolu var. Ya savaşmalı, ya da əbədi şəkildə torpaqlarımızı tərk etməlidirlər”.

//Gülnarə Abasova, Editor.az