“Ermənistanı qızışdıran xarici güc faktorları Azərbaycana qarşı aqressiyanın artması ilə öz maraqlarını nümayiş etdirir. Ölkəmizə qarşı intensiv şəkildə bu təxribatların həyata keçirilməsi vəziyyətin nə qədər gərgin olduğunu göstərir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib
Onun sözlərinə görə, Ermənistan hər bir fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir:
“Hesab edirəm ki, buna görə də Ermənistan ciddi şəkildə bölgədə gərginləşdirici faktor kimi xarici güc mərkəzlərinin oyuncağı rolunu davam etdirir. Belə olduğu təqdirdə həm sərhədlərin delimitasiya demakrasiyası, həm Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı təəssüflər olsun ki, yetkin bir addım atıla bilmir. Bütün bunların da ən böyük günahkarı birmənalı şəkildə hazırkı Ermənistan hakimiyyətidir. Belə olduqda gərginlik hər an aktiv fazaya keçə bilər. Bu baxımdan da vəziyyət getdikcə daha da pisləşir və Azərbaycan öz təhlükəsizliyi naminə Ermənistanı növbəti dəfə cəzalandırmaq hüququnu özündə saxlayır”.
//Gülnarə Abasova, Editor.az