“Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq”backend

“Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament partiyası olduğumuz üçün qanuna əsasən Respublikaçı Alternativə dövlət tərəfindən maliyyə ayrılmalıdır.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov şəxsi Feysbuk hesabında yazıb.

Partiya sədri bildirib ki, 2021-ci ildə partiyalara bütövlükdə 4 milyon manatın verilməsi nəzərdə tutulub:

“Onun 40%-i parlamentdəki 11 partiya arasında bərabər bölünür. Bildiyimə görə, partiyalardan biri bu vəsaitdən imtina edib. Deməli, 1 milyon 600 min manat 10 partiya arasında bölünəcək. Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq”.