Tayvanın Çanxua şəhərində bələdiyyələrin birində işləyən 40 təmizlik işçisindən 20-yə yaxını “COVİD-19” a yoluxduğu üçün bələdiyyə sədri təmizlik işlərinin axsamaması üçün prosesə müdaxilə edib.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bələdiyyə sədri özü şəhərin təmizlənməsində iştirak edib. Onu zibil daşıyan maşınının sükanı arxasında görən sakinlər heyrətlənib. Sakinlər ona “siz niyə küçələri təmizləyirsiz? ” sualı ilə müraciət edib.
“Başqa çarəmiz yoxdur. İşçilərimizin yarısı koronavirusa yoluxub. İşlərin axsamaması üçün mən də işlərə qoşulmuşam”,- deyə bələdiyyə sədri sakinlərin suallarını cavablandırıb.
Bundan əlavə sədr bələdiyyənin işçilərini də şəhərin təmizlik işlərinə cəlb edib. Eyni zamanda, o, sakinlərdən də prosesə qoşulmağı xahiş edib.
//Nəzərbəy Hacıağayev, Editor.az

