Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreki yaşadığı evdə elektrik cərəyanı vurub.
Editor.az xəbər verir ki, Ferdi Zeyrek Keçiliköy qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindəki hovuzun texniki otağında baş verən nasazlığı yoxlamağa çalışarkən elektrik cərəyanına məruz qalıb.
Yaxınlarının məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Zeyrekə ilkin tibbi yardım hadisə yerində göstərilib və daha sonra Manisa Celal Bayar Universitetinin Hafsa Sultan Xəstəxanasına yerləşdirilib.
Sədrin vəziyyəti ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az