Milli Məclis bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını üçüncü oxunuşda təsdiqləyib.
Editor.az xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsi üçün hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.
Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.