Belqorod vilayətində neft bazası yanırbackend

Belqorod vilayətində neft bazası yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Rusiya Federasiyasının Belqorod vilayətinin Dolqoye kəndində yerləşən “Belqorodnefteprodukt” SC-nin neft bazasına pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

“Bizdə olan məlumata görə, hər şey səhər saat 08:50-də baş verib. Hazırda ərazidə yanğın var – iki tank yanır. Obyektə sonuncu dəfə fevralın 15-də hücum edilib. O zaman ciddi dağıntı olmamışdı”.

Editor.az bildirir ki, bu barədə Rusiyanın “Mash” Telegram kanalı yazıb. Telegram kanalı 112 foto yayımlayıb və qeyd edib ki, bir tank yanır: “Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürən qatar hadisə yerinə gedir”.

//Samir Qurbanov, Editor.az