Belqorod vilayətində raket təhlükəsi elan edilibbackend

Belqorod vilayətində raket təhlükəsi elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqorod və Belqorod vilayətində raket təhlükəsi elan edilib.

Editor.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov məlumat verib. O, vətəndaşlardan sığınacaqlara müraciət etməyi xahiş edib. “Belqorod və Belqorod vilayətində raket sirenası işə salınıb.

Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarlı, pəncərələri olmayan otaqlara (koridor, hamam, tualet, kiler) sığının. Küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə enin”, – qubernator Telegram-da yazıb.

Bir gün əvvəl Belqorod ən azı üç dəfə atəşə tutulub. Yaşayış binasına mərmi düşən zaman 16 yaşlı qız həlak olub, atası isə yaralanıb. İkinci atəş nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Üçüncü hücumda isə 8 nəfər yaralanıb.

//Samir Qurbanov, Editor.az