Belqorodda ölənlərin sayı artıb – Rusiya Səhiyyə Nazirliyibackend

Belqorodda ölənlərin sayı artıb – Rusiya Səhiyyə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Editor.az bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib. “Əməliyyat məlumatlarına görə, atəş nəticəsində biri uşaq olmaqla 6 nəfər həlak olub. 4-ü uşaq olmaqla 20 nəfər yaralanıb”.

Kuznetsov qeyd edib ki, dörd zərərçəkən, o cümlədən iki uşaq Moskvaya müalicə üçün federal tibb təşkilatlarına göndəriləcək.

Qeyd edək ki, fevralın 15-də Belqorod Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Atəş nəticəsində 7 fərdi evə ziyan dəyib. Daha beş hündürmərtəbəli binanın pəncərələri sındırılıb. Mağazaya da ziyan dəyib, sənaye müəssisələrindən birinin ərazisində dağıntılar olub.

//Samir Qurbanov, Editor.az