Belqorodda şok olay: əsgər evə girib kişini öldürdü, arvadını isə…backend

Belqorodda şok olay: əsgər evə girib kişini öldürdü, arvadını isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Regional İstintaq Komitəsinin məlumatına görə, Belqorod vilayətində qətl və zorlamada şübhəli bilinən sıravi əsgər Aleksey Kostrikin saxlanılıb.

Komitənin açıqlamasına görə, hadisə Novaya Tavoljanka kəndində baş verib. Şübhəli əsgər şəxsi evə daxil olaraq ev sahibini öldürüb və onun həyat yoldaşına təcavüz edib. İstintaq bildirir ki, Kostrikin saxlanılması bir neçə saat ərzində həyata keçirilib və onun məhkəməyə qədər həbsdə saxlanılması tələb olunub.

Yerli “Pepel” nəşri isə hücum, qətl və zorlamada bir neçə hərbçinin iştirak etdiyini bildirir, lakin indiyə qədər yalnız Kostrikin saxlanıldığını qeyd edir.

Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam edir.

//Samir Qurbanov, Editor.az