Rusiyanın Belqorod vilayətinin Koroça şəhərində “Vokzalnıy” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın dron hücumu nəticəsində başlayıb.
Bu barədə Belqorod qubernatoru Gennadi Qladkov mediaya açıqlamasında deyib.
Hazırda yanğının söndürülməsi işləri aparılır.
Qubernator hücumda ölən, yaxud xəsarət alanların olub-olmaması barədə məlumat verməyib./Axar.az

