Serbiya Şimali Atlantika Alyansına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayacaq.
Editor.az xəbər verir ki, Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin açıqlamasında belə deyib.
O vurğulayıb ki, Belqrad özünün hərbi neytrallıq siyasətinə ciddi riayət edir və heç bir hərbi blokda iştirakını genişləndirmək fikrində deyil. Vulin Serbiyanın hər kəslə, xüsusən də ətrafındakı ölkələrlə ən yaxşı münasibətləri saxlamağa çalışacağını bildirib. Ona görə də ölkə nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilməyəcək.
Vulin qeyd edib ki, serblər öz təhlükəsizliklərinə zəmanət verməlidirlər və bu, asan məsələ deyil. Ancaq özünüz haqqında qərar vermək ən dürüst yoldur.
Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç martın 19-da bildirib ki, Serbiya və NATO gələcəkdə yaxşı əməkdaşlıq edəcək.
//Gülnarə Abasova, Editor.az