Belqradda 30 000-dən çox etirazçı mitinqə çıxdı: Saxlanılanlar varbackend

Belqradda 30 000-dən çox etirazçı mitinqə çıxdı: Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya polisi ötən gecə Belqradda ictimai asayişi pozduqları üçün 13 etirazçını saxlayıb.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə respublikanın daxili işlər naziri İvitsa Daçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, saxlanmalar Pionerski parkı ərazisində etiraz aksiyası iştirakçılarının Serbiya prezidenti Aleksandar Vuçiçin tərəfdarlarına məxsus bir neçə traktoru yandırmağa cəhd etmələri səbəbindən baş verib.

Həmçinin polis serb liderini dəstəkləyən tələbələrə qarşı bir neçə hücum halını qeydə alıb.

30 000-dən çox tələbə Belqradın mərkəzində etiraz aksiyasına çıxıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Böyük küçə aksiyası martın 15-nə elan edilsə də, gənclər bir gün əvvəldən toplaşmağa başlamışdılar.

Nümayişçilər artıq Teraziye meydanı ətrafındakı küçələri doldurub və Serbiyanın digər bölgələrindən gələnləri gözləyirlər. Etirazçılar səs-küylü davranırlar – şüarlar səsləndirir, fit çalır və kütləvi etirazları dəstəkləməyənlər haqqında təhqiramiz ifadələr işlədirlər.

Serbiya DİN-in məlumatına görə, etiraz edən tələbələrin sayı artıq 31 000 nəfərə çatıb.