Belqradda NATO-ya qarşı kütləvi etirazlar başlayıbbackend

Belqradda NATO-ya qarşı kütləvi etirazlar başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Yuqoslaviyaya qarşı aqressiyasının başlanmasının ildönümündə Serbiya vətəndaşları ölkənin paytaxtı Belqradın mərkəzindəki Respublika meydanına toplaşaraq kütləvi aksiya keçiriblər.

Qeyd olunur ki, onlar Milli Muzeyin binasının yaxınlığında mövqe tutublar və üzərinə “NATO – faşistlərə ölüm!”, “İmperializmə ölüm” şüarları yazılmış bayraqlar qaldırıblar. Toplananlar həmçinin “NATO – işğalçılar, Serbiyadan çıxın!” sözləri yazılmış böyük pankart açıblar.

Daha əvvəl Belqradda 1999-cu il təcavüz qurbanlarına həsr olunmuş “Əbədi məşəl” abidəsinin yanında da NATO əleyhinə mitinq keçirilib. Mitinq “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Oxu.az