Ben Kardinin Azərbaycan düşmənçiliyi və erməni sevgisibackend

Ben Kardinin Azərbaycan düşmənçiliyi və erməni sevgisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Amerika hakimiyyətini və şəxsən ölkə prezidenti Co Baydeni Azərbaycana hərbi yardımı dayandırmağa çağırıb.

Editor.az bu barədə Amerika mənbələrinə istinadən xəbər verir. Demokrat senatorun sözlərinə görə, ABŞ-dan Azərbaycana hərbi təchizat “indiki vəziyyətdə qəbuledilməzdir” və “Azərbaycan ordusunun apardığı kampaniya fonunda Bakıya hərbi yardımı dayandırmaq lazımdır.

Qarabağı tərk edən etnik ermənilərə mümkün qədər tez bir zamanda hər cür humanitar yardım göstərilməlidir”, – deyə Kardin X (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatında qeyd edib.

Eyni zamanda amerikalı siyasətçi qeyd edib ki, Vaşinqton “bu çətin vaxtlarda” lazımi demokratik islahatları həyata keçirmək üçün İrəvana hər cür kömək etməlidir.

//Samir Qurbanov, Editor.az