Portuqaliyanın “Benifika” klubunda atdığı qollarla diqqət mərkəzində olan Darvin Nunezin transferi üçün “Benifika” rəhbərliyi 150 milyon istəyir. Editor.az “sporx” a istinadən xəbər veri ki, uruqvaylı hücumçunu İngiltərə Premyer Liqa təmsilçilərindən “Arsenal” və “Tottenham” heyətinə qatmaq istəyir.
Digər məlumata görə isə dövrlər arası fasilədə İngiltərənin “Vest-Hem” komandası Nunezi transfet etmək istəyib. Ancaq ingilislərin ödəmək istədikləri 60 milyon avro portuqaliyalıları razı salmayıb.
“Arsenal” və “Tottenham”dan başqa daha iki ingilis nəhəngi olan “Mançester Yunayted” və “Mançester Siti” də Nunezi heyətində görmək istəyir. Hətta “şəhərlilər” onu Erling Haalanda alternativ olaraq almaq istəyirlər. İngilis klubları ilə yanaşı İspaniyanın “Atletiko Madrid” klubuda Nunezlə maraqlanır. Britaniya idman nəşrlərinin iddiasına görə madridlilərin bu transferi həyata keçirib-keçirməməsi onların UEFA Çempionlar Liqasına vəsiqə qazanmaqlarından aslı olacaq.
Qeyd edək ki, Nunez cari mövsümdə çıxdığı 33 oyunda 26 dəfə toru sirkələyib. Bu mövsüm o iki məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

