İsrailin baş naziri ABŞ-a səfərə hazırlaşır. Bu barədə Amerika lideri Donald Tramp danışıb.
O vurğulayıb ki, Benyamin Netanyahunun səfəri gələn həftə baş tuta bilər. Mümkün səfərin digər təfərrüatları hələlik məlum deyil.
Bundan əvvəl ABŞ prezidentinin Budapeştdə İsrail və Macarıstanın baş nazirləri ilə danışdığı bildirilirdi.
//Samir Qurbanov, Editor.az