Benyamin Netanyahu beynəlxalq ictimaiyyəti vicdansızlıqda ittiham etdibackend

Benyamin Netanyahu beynəlxalq ictimaiyyəti vicdansızlıqda ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyəti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail vətəndaşlarına qarşı “vəhşicəsinə hücumunu” unutduğuna görə “qısa yaddaşa” sahib olmaqda ittiham edib.

“Siz Holokostdan sonra yəhudilərin ən dəhşətli qətliamı olan 7 oktyabrı bu qədər tez unutmusunuz? İsrailin HƏMAS canavarlarına qarşı özünü müdafiə etmək hüququnu bu qədər tez inkar edirsiniz? Həqiqətənmi bu qədər tez vicdanınızı itirdiniz, -deyə ABŞ senatoru Şumerin İsraildə seçki keçirmək çağırışına münasibət bildirən Benyamin Netanyahu onun sözlərinin “tamamilə yersiz” olduğunu bildirib.

İsrailin baş naziri hesab edir ki, ölkə diqqətini HƏMAS-ı məhv etməyə yönəltməlidir və hərbi əməliyyatlar zamanı seçkilərdən danışmaq “gülüncdür”.

Xatırladaq ki, bundan bir qədər əvvəl ABŞ Senatındakı Demokratik Çoxluğun lideri Çak Şumer İsrail hökumətini tənqid edib və ölkədə yeni seçkilərin keçirilməsinə çağırıb.

//Samir Qurbanov, Editor.az