İsrailin baş naziri əməliyyat olunub. Əməliyyat Təl-Əvivdə yerləşən “Tel Hashomer” klinikasının həkimləri tərəfindən aparılıb.
Editor.az “Kan Radiosu”na istinadən bildirir ki, 73 yaşlı Benyamin Netanyahuya kardiostimulyator quraşdırılıb. Siyasətçidə aritmiya yarandıqdan sonra əməliyyat tələb olunub və diaqnoz qoyulandan dərhal sonra həyata keçirilib. Əməliyyat uğurla başa çatıb.
Lakin İsrail hökumətinin başçısı hələ klinikadadır. Həkimlər onun vəziyyətini izləyirlər. Qeyd edək ki, bu gün hökumətin iclası keçirilməli idi.
Lakin iclas təxirə salınıb. Bundan əlavə, Netanyahunun Türkiyəyə (28 iyul) və Kiprə (27 iyul) səfərləri də təxirə salınıb.
//Samir Qurbanov, Editor.az

