Benyamin Netanyahu HƏMAS qarşısında şərt qoydu: bu halda müharibə bitəcəkbackend

Benyamin Netanyahu HƏMAS qarşısında şərt qoydu: bu halda müharibə bitəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının liderləri hakimiyyətdən əl çəkib “sürgünə getsələr” Qəzza zolağında müharibəni dayandırmağa hazırdır”.

Editor.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən yazır. Onlar bildiriblər ki, Netanyahu öz planını Vaşinqtona səfəri zamanı təqdim edib. Nəşrin məlumatına görə, İsrailin baş naziri daha çox girovu azad etmək üçün HƏMAS ilə razılaşmanın birinci mərhələsini uzatmaq istəyir. Hazırda 33 nəfərin azadlığa buraxılması planlaşdırılır. Bunun müqabilində İsrail daha çox fələstinli məhbusu azad etməyə hazırdır, lakin onların dəqiq sayı verilmir.

ABŞ rəsmilərinin bildirdiyinə görə, cənab Netanyahu “açıq ifadə edib” ki, sazişin birinci mərhələsi uzadılacağı təqdirdə, o, Qəzzada müharibəyə son qoyulması və “yuxarı çinli” fələstinli məhbusların azad edilməsi daxil olmaqla, danışıqların ikinci mərhələsi zamanı HƏMAS-a təklif təqdim edəcək. Bunun müqabilində o, HƏMAS-da qalan girovları azad etməyi və Qəzza zolağında hakimiyyətdən əl çəkməyi, onun liderlərinin isə “üçüncü ölkəyə” sürgünə göndərilməsini tələb edəcək

//Samir Qurbanov, Editor.az