Benyamin Netanyahu İranın İsrailə raket hücumunu “böyük səhv” adlandırıbbackend

Benyamin Netanyahu İranın İsrailə raket hücumunu “böyük səhv” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında ilk dəfə İranın raket hücumuna münasibət bildirib.

O, İsrail ərazisinə endirilən zərbələri “böyük səhv” adlandırıb və Tehranın hərəkətlərinin əvəzini ödəyəcəyini deyib. “Bu gecə İran yüzlərlə raketlə yenidən İsrailə hücum edib. Bu hücum uğursuz olub. İsrailin hava hücumundan müdafiəsi sayəsində bunun qarşısı alınıb. İran bu gün böyük səhv edib və bunun əvəzini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək əzmimizi və düşmənlərimizdən qisas almaq əzmini anlamır”, – deyə Netanyahu bildirib.

Benyamin Netanyahu vurğulayıb ki, İsrail yeganə qaydaya əməl edəcək: “Kim bizə hücum edirsə, biz də ona hücum edirik”. Baş nazir ölkənin təhlükəsizliyini təmin etdiyinə görə İsrail Müdafiə Qüvvələrinə (IDF), həmçinin İran raketlərinin vurulmasına kömək edən ABŞ-a təşəkkür edib.

//Samir Qurbanov, Editor.az