Benyamin Netanyahu: İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəkbackend

Benyamin Netanyahu: İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və özünü qorumaq üçün hər şeyi edəcək.
Editor.az bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O, ölkəsinin Tehranın nüvə silahı hazırlamasına icazə vermək niyyətində olmadığını və İsrailə qarşı istənilən hücuma cavab verəcəyini bildirib.
Baş nazir vurğulayıb ki, ölkə İrana Suriyanın İsraillə həmsərhəd olan cənub bölgələrində təhlükəsizliyini təmin etmək üçün göstərdiyi bütün cəhdlərin qarşısını alacaq. Hökumət başçısı əlavə edib ki, onun ölkəsi istənilən hücuma qətiyyətlə cavab verəcək və xalqının müdafiəsinə qalxacaq. Bundan əlavə, Netanyahu İran tərəfini Fars körfəzində Liberiya bayraqlı neft tankerinə hücum etməkdə ittiham edib.
Onun sözlərinə görə, Tehran beynəlxalq naviqasiya azadlığına böyük ziyan vurub.
  //Samir Qurbanov, Editor.az