Benyamin Netanyahu: İsrail öz xarici siyasətini təftiş edəcəkbackend

Benyamin Netanyahu: İsrail öz xarici siyasətini təftiş edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenidən İsrail hökumətinə başçılıq edən Benyamin Netanyahu ölkənin xarici siyasət sahəsində təftiş aparacağını bildirib.

Editor.az bildirir ki, Netanyahu İsrailin “hərəkətsizlik əvəzinə daha fəal, güclü, məsuliyyətli və milli siyasət yürüdəcəyinə” söz verib.

Yerusəlimdə keçirilən konfransda Netanyahu bildirib ki, İsrail hakimiyyəti xüsusilə bölgədə radikal İslama qarşı hərəkətə keçəcək.

O, həmçinin İranın Suriyada “hərbi yerləşdirməsinin” qarşısını almaq istəyindən və İranın nüvə arsenalı qurmaq niyyətinə qarşı mübarizə planlarından danışıb: “Biz beynəlxalq münasibətlərə yenidən baxacağıq: səsimiz dünyada eşidiləcək. Başımızı əyib beynəlxalq birliyin diktəsinə boyun əymək əvəzinə, biz öz maraqlarımızı müdafiə edəcəyik”, – deyə baş nazir bəyan edib.

//Samir Qurbanov,Editor.az