Benyamin Netanyahu istefasından danışdıbackend

Benyamin Netanyahu istefasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi karyerasının başa çatmasından danışan İsrail hökumətinin başçısı Benyamin Netany deyib ki, o, ölkəsinə xidmət edə bildiyi müddətcə hakimiyyətdə qalmaq niyyətindədir.

Daha sonra o, partiyası ilə artıq bir neçə dəfə qələbə qazandığını və bundan əlavə, dövlət işində böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıb: “İsraili davamlı təhlükəsiz və firavan gələcəyə aparmağa kömək edə biləcəyimə inandığım müddətcə vəzifəmdə qalacağam”.

Editor.az bildirir ki, bu sözləri Benyamin Netanyahu “Time” jurnalına müahibəsində deyib. Daha sonra nəşrin suallarını cavablandıran İsrail lideri mövcud müxalif qüvvələrin müharibə şəraitində olan ölkəyə rəhbərlik etməyə qadir olduğuna şübhə etdiyini bildirib. Nəşr onu da qeyd edir ki, Vaşinqtonun böyük məyusluğuna görə Netanyahu hələ də Qəzzada müharibəni başa çatdırmaq üçün dəqiq plan tərtib etməyib, əksinə, cəbhədə münaqişəni daha çox qızışdırmağa hazırlaşır: Livanda “Hizbullah”la, Yəməndə husilərlə və təbii ki, lənətə gəlmiş İranla, – Natanyahu vurğulayıb.

//Samir Qurbanov, Editor.az