Benyamin Netanyahu Kiyevə səfər edə bilərbackend

Benyamin Netanyahu Kiyevə səfər edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu yaxın gələcəkdə Kiyevə səfər edə bilər.

Editor.az bildirir ki, “İsrail Hayom” mənbələrə istinadən məlumat yayıb. Nəşrin Kiyevdəki mənbələri bildiriblər ki, artıq Netanyahuya dəvət göndərilib, lakin mümkün səfərin tarixləri hələ açıqlanmayıb.

Nəşrin yazdığına görə, baş nazirin səfəri ona görə müzakirə olunur ki, İsrailin xarici işlər naziri Eli Koenin Kiyevə son səfəri Moskvada hiddət doğurmayıb. Səfərin hazırlanmasına ABŞ prezidenti Co Baydenin Ukraynaya gözlənilməz səfəri də təsir göstərib. İsrail qəzeti qeyd edir ki, Netanyahu 2022-ci ilin sonunda baş nazir postuna qayıtdıqdan sonra Kiyevə doğru bəzi addımlar atmağa başlayıb.

Xüsusilə, onun xarici işlər naziri Ukraynaya səfər edən ən yüksək rütbəli məmur olub. İsrailin “Kanal 13”ünün məlumatına görə, görüş zamanı Zelenski Koendən Kiyevdə Netanyahu ilə görüşməyi istəyib. Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsində İsrail Kiyevi dəstəkləsə də ona silah göndərmir. Netanyahu hökumətinin silah göndərilməsi məsələsinə yenidən baxacağına söz verib.

  //Samir Qurbanov, Editor.az