İsrailin baş naziri Benyamin Netanyahu İsrailin müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.
Editor.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir. Qalantın İsraildə çoxsaylı etirazlara çağıran məhkəmə islahatlarının dayandırılmasını tələb edən bəyanatı ona baha başa gəlib. İndi Netanyahunun yeni nazirin namizədliyi ilə bağlı qərar vermək üçün 48 saat vaxtı var.
Xatırladaq ki, Qalant ölkənin məhkəmə islahatına görə yaranmış parçalanmanın İsrail ordusunun sıralarına nüfuz etdiyi barədə xəbərdarlıq etmişdi bildirmişdi ki, bu da milli təhlükəsizliyi təhdid edir. Daha sonra o, islahatın həyata keçirilməsi məsələsində Pasxa bayramı ilə əlaqədar bütün tərəflərə fasilə verməyi təklif edib.
//Samir Qurbanov,Editor.az