Benyamin Netanyahu nazirlərə təhlükəsizlik məsələlərini şərh etməyi qadağan etdibackend

Benyamin Netanyahu nazirlərə təhlükəsizlik məsələlərini şərh etməyi qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu İran və Livan “Hizbullah”ının gözlənilən hücumu fonunda nazirlərə təhlükəsizlik məsələlərini açıq şəkildə şərh etməyi qadağan edib.

Editor.az bildrir ki, bu barədə “Kan” radiosu xəbər verir. Baş nazir bu məsələnin müzakirə olunacağı təqdirdə “ölümcül nəticələr” barədə xəbərdarlıq edib.

“Kan”a görə, Netanyahu deyib ki, qarşıdakı günlər İsrail üçün “taleyüklü” olacaq. İctimai müzakirəyə qadağa bu gün, avqustun 12-də səhər saatlarında tətbiq edilib. İsrail hakimiyyəti yaxın günlərdə İranın hücumunu gözləyir.

//Samir Qurbanov, Editor.az