İsrailin baş naziri Benyamin Netanyahu ölkənin şimalına səfəri zamanı təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
Onun sözlərinə görə, hakimiyyət burada “çox güclü hərəkətlərə” hazırdır. İsrail şimalda “Hizbullah”ın hücumlar etdiyi Livanla həmsərhəddir: “Biz boş oturarkən bizə zərər verə biləcəklərini düşünən hər kəs böyük səhv edir. Biz şimalda çox güclü hərəkətlərə hazırıq. Bu və ya digər şəkildə biz şimalda təhlükəsizliyi bərpa edəcəyik”, -Netanyahu bildirib.
Xatırladaq ki, Livandan atılan mərmilər və pilotsuz təyyarələrin hücumları nəticəsində daha əvvəl İsrailin şimalında yanğınlar baş verib. Yanğınları söndürərkən ehtiyatda olan 6 əsgər yaralanıb. İsrail Qəzza zolağında gedən müharibə zamanı Hizbullahın tez-tez hücumlarına məruz qalır.
//Samir Qurbanov, Editor.az

