Benyamin Netanyahu Qəzzada sülhün şərtlərini açıqladıbackend

Benyamin Netanyahu Qəzzada sülhün şərtlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində Qəzza zolağında HƏMAS yaraqlıları ilə müharibədə sülhün əldə olunmasının şərtlərini açıqlayıb.

Onun sözlərinə görə, döyüşlərə son qoymaq üçün HƏMAS hərəkatını məhv etmək, Qəzza zolağının demilitarizasiyası və “bütün Fələstin cəmiyyətini deradikallaşdırmaq” lazımdır.

Netanyahu bildirirb ki, HƏMAS-ın məhv edilməsi ideyası ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və “bir çox başqa ölkələr” tərəfindən dəstəklənir. Bu məqsədə çatmaq üçün İsrail Müdafiə Qüvvələri (SAXAL) yaraqlıların “hərbi imkanlarını darmadağın etməli”, həmçinin onun “Qəzzada siyasi hakimiyyətinə son qoymalıdır”.

Netanyahu qeyd edir ki, Fələstin cəmiyyətini “maliyyələşdirməkdən” daha çox terrorla mübarizə aparmaq üçün “çevirmək lazımdır”. “Bu, çox güman ki, cəsarətli və mənəvi liderlik tələb edəcək. Fələstin Milli Administrasiyasının Qəzzanı demilitarizasiya edəcəyini gözləmək boş bir xəyaldır”, – Netanyahu yazır.

//Samir Qurbanov, Editor.az