İsrailin baş naziri Benyamin Netanyahunun ofisi onun Rusiya prezidenti Putinlə söhbətinin təfərrüatlarını açıqlayıb.
Editor.az İsrail mediasına istinadən xəbər verir ki, “Baş nazir açıq şəkildə bildirib ki, İsrail rəzil və qəddar qatillər tərəfindən hücuma məruz qalıb, müharibəyə qərarlı və birləşərək daxil olub və HƏMAS-ın hərbi və dövlət imkanlarını məhv etməyincə dayanmayacaq”.
Xəbər verildiyi kimi, yaraqlılar İsrail ərazisini işğal etdikdən sonra Rusiya tərəfləri “atəşkəsi dayandırmağa” və “danışıq masasına qayıtmağa” çağırıb. Putin Rusiyanın müstəqil, suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu bildirib və həmçinin İsrail ordusunun Qəzza zolağında mümkün genişmiqyaslı əməliyyatından narahat olduğunu deyib.
Dünən Kreml bildirib ki, Netanyahu ilə söhbət zamanı Putin “həlak olan israillilərin ailələrinə və yaxınlarına səmimi başsağlığı verib, mülki əhalinin, o cümlədən qadın və uşaqların qurbana çevrildiyi istənilən hərəkəti qəti şəkildə rədd etdiyini və pislədiyini” vurğulayıb.
//Samir Qurbanov, Editor.az

