Benyamin Netanyahunun ofisi atəşkəslə bağlı xəbərləri təkzib etdi: davam edəcəyikbackend

Benyamin Netanyahunun ofisi atəşkəslə bağlı xəbərləri təkzib etdi: davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Livanda mümkün atəşkəs barədə xəbərləri təkzib edərək, ABŞ və Fransadan gələn təklifi qəbul etmədiyini vurğulayıb.

Xarici işlər naziri İsrael Katz bildirib ki, “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatlar İsrailin qələbəsi tamamlanana qədər davam edəcək. “Biz şimalda atəşkəslə razılaşa bilmərik. Şimal sakinlərinin təhlükəsizliyi təmin olunana, onların evlərinə qayıtmasına imkan verənə qədər biz bütün mümkün qüvvələrlə “Hizbullah” terror təşkilatına qarşı çıxacağıq”, – deyə o, X sosial şəbəkəsində yazıb.

İsrailin baş naziri də öz növbəsində ona təqdim olunan strategiyalara tam uyğun olaraq şimalda əməliyyatların gücləndirilməsi barədə göstəriş verib.

Bundan əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargahı Livanda “Şimalın oxları” adlı yeni hücum əməliyyatı təyin edib. Ötən həftənin əvvəlindən İsrail Hərbi Hava Qüvvələri Livanın müxtəlif bölgələrində “Hizbullah” mövqelərinə aktiv zərbələr endirir. Beyruta hədəflənmiş hava zərbələri də qeydə alınıb və bu zaman təşkilatın yüksək rütbəli komandirləri məhv edilib.

//Samir Qurbanov, Editor.az