Benyamin Netanyahunun ofisinə daxil olan şübhəli zərfin içində nə var?backend

Benyamin Netanyahunun ofisinə daxil olan şübhəli zərfin içində nə var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis hərəkətə keçdi Dünən – yanvarın 15-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə yağlı maddə ilə ləkələnmiş şübhəli zərf göndərilib.

Editor.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb. Konvertin içərisində “təhlükəli materialların” ola biləcəyinə dair şübhələr yaranıb. Polisin üstüörtülü yoxlamasından sonra zərf götürülüb və yoxlanılmaq üçün Müdafiə Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, “Likud” partiyasının lideri Netanyahu dekabrın 29-da yenidən rəsmi olaraq İsrail hökumətinə rəhbərlik edib. O, İsrail cəmiyyətinin liberal hissəsinin narahatlığına səbəb olan ifrat sağçı və ultra-pravoslav partiyalar blokunun başında baş nazir postuna qayıdıb. Yanvarın 14-də Təl-Əvivdə on minlərlə insan hüquq islahatlarına qarşı etiraz aksiyası keçirib.

  //Samir Qurbanov, Editor.az