İsrailin hazırkı baş naziri Benyamin Netanyahuya qarşı üç cinayət işi üzrə məhkəmə iclasları bu gün Təl-Əviv Dairə Məhkəməsində başlayacaq.
Hakimlərin müəyyən etdiyi reqlamentə əsasən, Nazirlər Kabinetinin rəhbəri həftədə üç dəfə, gündə altı saat olmaqla ifadə verməlidir. Qeyd edək ki, yerli siyasətçilər və nazirlər 2019-cu ildən bəri uzanan işlərdə hakimlərdən məhkəmə iclaslarının təxirə salınmasını tələb etsələr də, onların vəsatətləri rədd edilib.
Netanyahunun 2019-cu ildə açılmış üç işdə ittiham olunduğu vurğulanır.
//Samir Qurbanov, Editor.az

