Benzema yeni müqavilə təklifini rədd etdibackend

Benzema yeni müqavilə təklifini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema yeni müqavilə imzalamağa tələsmir.

Editor.az apasport.az-a istinadla bildirir ki, “kral klubu” yeni 1 illik saziş təklif etsə də, fransalı forvard gözləməyi məqsədəuyğun bilib.

Hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədər olan 34 yaşlı oyunçu həmin vaxta qədər danışıq aparmaq fikrində deyil. Çünki Benzema gələn ilki fiziki formasına və komandadakı mövqeyini itirib-itirməməsinə əsasən qərar verəcək. Forvardın sabiq komandası “Lion”a qayıtması da istisna deyil.

Qeyd edək ki, Benzema cari mövsüm La Liqada keçirdiyi 20 oyunda 11 qol vurub.