Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldübackend

Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.

Editor.az-ın məlumatına görə, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.