Bərdədə şok olay: Evində kişi saxlayan qadın qızını zəncirlədi – Təfərrüatbackend

Bərdədə şok olay: Evində kişi saxlayan qadın qızını zəncirlədi – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda 1985-ci il təvəllüdlü Əkbər qeyri-rəsmi yaşadığı 1991-ci il təvəllüdlü Nigarla (adlar şərti verilib – red.) azyaşlı uşaqlarına işgəncə veriblər.

Əkbər 22 iyul 2021-ci ildə, saat 11 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nigarın yetkinlik yaşına çatmayan övladı, 2003-cü il təvəllüdlü Ramellanın hər gün axşamlar evə gec gəlməsini bəhanə edib, onu tərbiyələndirmək məqsədilə saçından tutaraq sanitar qovşağa gətirib.

Əkbər orada daşla Ramellanın baş nahiyəsinə, yumruqlar qarın və sinə nahiyələrinə zərbələr vurub. Sonra Nigarla birlikdə Ramellanı ayaqlarından zəncirlə bağlayıb, orada ona işgəncə veriblər.

İstintaq orqanı tərəfindən Əkbər və Nigarın barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 145.2.3-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

“Maddi ehtiyaclarını qarşılamışam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir: “Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul oluram.

2013-cü ildə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə təqsirli bilindim, Bərdə rayon Məhkəməsinin hökmü ilə barəmdə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nigarla hadisədən 1 il əvvəl qeyri-rəsmi yaşamağa başlayıb: “Nigar mənim yaşadığım evin yaxınlığında olan yataqxanının beşinci mərtəbəsində iki qız övladı ilə birlikdə yaşayır. Həmin mərtəbədəki mənzillərin hər biri 1 otaqdan ibarətdir. Bir ildir Nigarla eyni otaqda yaşayıram. Qonşu otaqda isə Nigarın qızları Məhbubə və Bahar məskunlaşıb.

Nigarla yaşadığım bir il müddətdə onun və uşaqlarının bütün maddi ehtiyaclarını qarşılamışam”.

Əkbər qeyd edib ki, Nigarın böyük qızı Məhbubə yüngül həyat tərzi keçirib, papiros çəkib, tanımadığı oğlanlarla gecələr evi tərk edib: “Anası və mən həmişə Məhbubənin bu cür həyat tərzinə qarşı çıxmışıq. Ona daim öz iradlarımı bildirmişəm. Buna baxmayaraq, Məhbubə yenə də öz bildiyinə davam edib”.

“Evə gətirdi, döyməyə başladı”

Əkbərin ifadəsinə görə, iyulun 22-də təxminən saat 14-15 radələrində Nigarın anası Yetəri kiçik qızı Baharla birlikdə Mingəçevir şəhərinə yola salmaq üçün Bərdə avtovağzalına aparıb: “Yetəri avtovağzaldan yola saldıqdan sonra birbaşa evə qayıtdım. Nigarla evdən çıxarkən Məhbubəni evdə qoyduq, otağın qapısını evi tərk edə bilməsin deyə kilidlədik.

Biz evdən getdik, bir qədər sonra geri qayıtdıq. Nigar qapının kilidini açan kimi Məhbubə otaqdan çıxdı, aşağı mərtəbəyə düşdü. Məhbubə qonşuluqdakı Nərminə adlı qadınla mübahisə etdiyi üçün Nigar onu evə gətirdi, otaqda döyməyə başladı”.

Əkbər bildirib ki, həmin vaxt Məhbubə əli ilə anası Nigarı vurub: “Bunu görəndə özümü saxlaya bilmədim və bir dəfə sol əlimlə onun başının əng hissəsinə şillə vurdum. Sonra evdə olan zəncirlə Məhbubəni sanitar qovşağında ayağından dəmir boruya bağladım, zənciri aça bilməməsi üçün qıfıl da vurdum. Məhbubəni ayağını dəmir zəncir bağlamaq fikri onun anasına məxsus olub”.

“İki dəfə evlənib, boşanmışam”

Cinayət işi üzrə digər təqsirləndirilən Nigar bildirib ki, iki yetkinlik yaşına çatmayan qızları ilə Bərdə şəhərindəki yataqxanada yaşayıb: “İki dəfə evlənib boşanmışam. Təxminən bir il əvvəl tanış olduğum Əkbər mənimlə eyni mənzildə yaşayıb. Əkbər mənim və uşaqlarımın daima qayğısına qalıb. Əvvəllər kafedə işləsəm də, sonradan oradakı iş fəaliyyətimi dayandırmışam.

Əkbərlə tanış olduqdan sonra bizim maddi ehtiyaclarımızı qarşılayıb. Axşamlar atasına məxsus “VAZ 2106” markalı avtomobil ilə Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olub”.

“Əkbər də Məhbubəyə əl qaldırıb”

Nigarın sözlərinə görə, onun böyük qızı Məhbubə uşaqlıqda Mingəçevir şəhərində nənəsi ilə qalıb: “Məhbubə böyüdükcə onun barəsində şikayətlərin sayı çoxalmağa başladı. Bu səbəbdən onu Bərdə şəhərinə gətirdim. Məhbubə yanıma gəldikdə artıq tərbiyəsiz bir qız olmuşdu. Sonralar onun hətta siqaret çəkdiyini də öyrəndim.

Məhbubə bunları etməklə qalmır, həmçinin gecə radələrində tanımadığı oğlanlarla vaxt keçirir, onların avtomobilləridə gəzirdi. Onun bu cür hərəkəti məni qonşularının yanında pis vəziyyətə saldı. Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, yenə öz bildiyini etdi.

Əkbər bizimlə birgə yaşadığı üçün Məhbubənin özünü bu tərzdə aparmağına əsəbiləşdi, çöldə-bayırda Məhbubə haqqında deyilənləri mənə bildirdi. Mən isə əsəbiləşərək Məhbubəni döymüşəm. Bəzən Əkbər də Məhbubəyə əl qaldırıb”.

“Zəncirlə bağlamağı qərarlaşdırdıq”

Nigar bildirib ki, təxminən 4-5 ay əvvəl Məhbubənin həmişəki yanlış hərəkətlərinə, yüngül həyat tərzi keçirdiyinə görə Əkbər ona şillə vurub: “İyulun 21-də anam Yetər Bərdəyə bizə qonaq gəldi. Anam evimdə bir gün qaldı. Həmin müddətdə nənəsi də Məhbubəyə tərbiyəedici sözlər dedi, amma o, nənəsinin heç bir sözünü ciddiyə almadı.

İyulun 22-də mən kiçik qızım Bahar və anamı Əkbərin avtomobili ilə evinə yola salmaq üçün Bərdə avtovağzalına gəldik. Evdən təxminən saat 11-12 radələrində çıxdıq. Həmişəki kimi qızım Məhbubə evdən çıxa bilməməsi üçün mənzilin qapısını arxadan kilidlədik.

Evdən çıxmamış Məhbubəni zəncirlə bağlamağı qərarlaşdırdıq. Anamı avtovağzaldan yola saldıqdan sonra evə qayıdarkən Əkbərdən qızımı zəncirləmək üçün mağazadan zəncir almasını istədim. Əkbər “Laçın” inşaat mağazasından zəncir və qıfıl aldı. Təxminən saat 12-də yataqxanaya çatdıq.

Əkbərin almış olduğu qıfıl və zəncirlə yataqxananın beşinci mərtəbəsinə çıxdıq. Beşinci mərtəbədə Əkbər qızımı sanitar qovşağında otuzdurdu və ayağına zəncir bağladı. Məhbubə məni o qədər bezdirmişdi ki, onu zəncirə bağlı vəziyyətdə görsəm də, sanitar qovşağa yaxınlaşmadım, yaşadığım mənzilə daxil oldum”.

Nigar qeyd edib ki, qızı Məhbubə sanitar qovşaqda zəncirlə dəmir boruya bağlı olan zaman onun bədənindəki yanıq və digər xəsarətlər Əkbər tərəfindən yetirilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məhbubənin sözlərinə görə, 2003-cü ildə Mingəçevir şəhərində anadan olub, anası Nigar Mingəçevir şəhərindəndir: “Altıncı sinfə kimi Bərdə şəhərində yerləşən 4 nömrəli məktəbdə, 9-cu sinifə kimi isə Mingəçevir şəhərində 20 nömrəli tam orta məktəbdə təhsil almışam. Məktəbi bitirdikdən sonra Bərdə rayonuna, anamla birlikdə yaşamaq üçün gəlmişəm”.

“Çölə çıxmağıma, pəncərədən baxmağıma icazə vermirdi”

Zərərçəkmiş şəxsin sözlərinə görə, anası təxminən 2008-ci ildə Valeh adlı şəxslə ikinci dəfə evləniv: “Bacım Baharın atası Valehdir. Lakin anam bir müddət sonra Valehdən ayrıldı. Valeh Bərdə rayon sakinidir.

2021-ci ilin noyabrından etibarən Əkbər bizim yaşadığımız mənzildə daimi qalmağa başladı. Onu əvvəl də qonşuluqda yerləşən bina evinin sakini kimi tanımışam. Məhlədə onu tez-tez görürdüm. Əkbər anamla qeyri-rəsmi ər-arvad həyatı yaşamağa başladıqdan sonra bizim maddi tələbatlarımızı qarşılamağa başladı. Bundan əlavə, mən də makiyaj fəaliyyəti ilə məşğul oldum.

Gözəllik salonunda bir müddət işləsəm də, sonradan Əkbər mənim işləməyimə icazə vermədi. O mənim hər işimə, bütün şəxsi həyatıma müdaxilə edirdi. Məni tez-tez döyürdü. Anam isə Əkbərin hərəkətlərinə qarşı heç bir reaksiya vermirdi.

Əkbər mənim çölə çıxmağıma, pəncərədən baxmağıma icazə vermir, məni daim bağlı qapı arxasında saxlayırdı”.

“Məni zəncirlə döydü”

Məhbubə qeyd edib ki, iyulun 21-də nənəsi Yetər Mingəçevirdən onlara qonaq gəlib: “Bir gün bizdə qaldı. Həmin gün qonşuluqdakı qadınla mübahisə etdiyim üçün əvvəl anam məni döydü, sonra isə Əkbər başıma şillə vurdu.

Əkbər həmişəki kimi bizim evdə gecələdi. Növbəti gün nənəmi Mingəçevirə yola salmaq üçün Əkbər onu Bərdə avtovağzalına apardı. Nənəmi yola salmağa anam və bacım da getmişdi.

Anam evdən çıxanda mənim olduğum otağın qapısını arxadan kilidlədi. Əkbər isə “dayan, bir azdan gəlirəm” dedi. Təxminən 40-50 dəqiqə sonra geri qayıtdılar. Əkbər məhlədən beşinci mərtəbəyə anamdan tez çatdı. Qapını açan zaman əlində qıfıl və zəncir vardı.

Əkbər sacımdan tutdu, yataqxananın beşinci mərtəbəsində yerləşən sanitar qovşağa apardı. Zəncirlə ayağıma, qollarıma, belimə vurmağa başladı. Əvvəl zənciri sol ayağıma doladı və təzə aldığı qıfılla kilidlədi. Sonra zəncirin digər tərəfini dəmir boruya doladı və həmin hissəni yaşadığımız mənzilin qapısını bağladığımız köhnə qıfılla kilidlədi”.

“Məni dağladı”

Zərərçəkmiş bildirib ki, Əkbər onu zəncirlədikdən sonra qarın, baş və sinəsinə yumruqla vurub: “Saçımdan tutdu, başımı divara vurdu. Sanitar qovşağı tərk edib, təxminən 15 dəqiqə sonra yenidən yanıma gəldi. Mənim yanıqdan çox qorxduğumu bildiyi üçün sağ ayağıma çəkdiyi qalın siqaretin közünü basdı. Həmin vaxt qorxudan sağ əlimlə Əkbərin üzünə zərbə endirdim.

Həmin hadisədən təxminən 10 dəqiqə sonra Əkbər yenə olduğum yerə gəldi, sanitar qovşaqda olan daşı götürərək bir neçə dəfə başıma vurdu. Təxminən 2 dəqiqə sonra ikinci dəfə nazik siqaretlə gələrək mənim sağ ayağıma köz basdı. Sonra plastik balondakı suyu başıma, aşağıma tökdü”.

Məhbubə qeyd edib ki, su çox soyuq olduğundan yaralarına dəyərkən ona əzab verib: “Həm də qıcıqlandırdı, əsəbimə toxundu. Mənim zəncirlə bağlandığımı, mənə əzab verildiyini binadakı sakinlər bilsələr də, Əkbərdən qorxduqları üçün heç kim cəsarət edərək bizə yaxınlaşa bilmirdi.

Anam təxminən 2-3 saat sonra mənim olduğum yerə gəldi. Zəncir ayağımı göyərtdiyi üçün ağrı hiss etdim və qışqırdım. Anam Əkbərə zəng etdi, binaya gələrək zənciri bir qədər boşaltmasını istədi. Çünki hər iki qıfılın açarı Əkbərdə olub.

Əkbər zənciri boşaltmaq üçün gəldikdə yenə məni döydü. Daha sonra zənciri boşaldaraq getdi”.

“Məni polislər xilas etdilər”

Məhbubənin ifadəsinə görə, təxminən saat 21 radələrində Əkbər yenidən yataqxanaya gəlib: “Dördüncü mərtəbədə gürcüstanlı bir qadınla mübahisə etdi. Mən gələn səslərin hamısını eşidə bildim. Əkbər mənzilə daxil olmamış sanitar qovşağa gəldi, məni yenidən döydü. Sonra çimdi və gec gələcəyini bildirərək qıfılların açarlarını anama verdi. Sanitar qovşağında axşama kimi zəncirlənmiş vəziyyətdə qalmışam. Məni polislər xilas etdilər”.

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Əkbər 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Nigar isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Nigarın üzərinə Bərdə rayonunun Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

//teleqraf.com