Oktyabrın 31-i səhər saatlarında müvəqqəti işğal olunmuş Berdyanskda partlayış səsləri eşidilib.
Şəhər dronların hücumuna məruz qalıb və işıqla bağlı problemlər yaranıb.
Editor.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko Telegram-da yazıb. “Bizim pilotsuz təyyarələrimiz saat 6.00-dan bəri hücum edir. Əsas hücumlar liman bölgəsindədir.
Çox sayda təcili yardım və yanğınsöndürən var. Həmçinin bəzi ərazilərdə elektrik enerjisi kəsilib, rəsmi büdcə qurumlarının işi dayandırılıb. “Nəhayət, işğal şəraitində sabahınız xeyir” –Andryuşenko deyib.
//Samir Qurbanov, Editor.az