Rusiya hərbçiləri “Hromadske”nin jurnalisti Viktoriya Roşinanı müvəqqəti nəzarət etdikləri Berdyanskda əsir götürüblər.
Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən məlumat verir.
“Hromadske”nin yaydığı həmin məlumata görə, çox güman ki, Viktoriya Roşina rus işğalçılarının əsirliyindədir. O, Rusiya-Ukrayna müharibəsinin bütün günlərində Ukraynanın şərqində və cənubunda qaynar nöqtələrdən videolar çəkib, məqalələr yazırdı.
Martın 12-dən onunla əlaqə kəsilib. Şahidlərin dediyinə görə son olaraq onu Berdyanskda görüblər. Martın 16-da isə o, Rusiya FSB-i tərəfindən saxlanılıb. Hazırda onun harada olduğu məlum deyil.
“Hromadske” Ukrayna və beynəlxalq ictimaiyyəti jurnalistin məlumatlandırılmasına və azad edilməsinə qoşulmağa çağırır.
Editor.az

