Berdyanskda satqın öz avtomobilində partladıbackend

Berdyanskda satqın öz avtomobilində partladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın işğal altında olan Berdyansk vilayətində avtomobil partladılıb.

Editor.az bildirir ki, bu barədə Melitopol meri İvan Fedorov məlumat verib. Məlumata görə, saat 16:00 radələrində Rudenko küçəsində, 5 nömrəli məktəbin yaxınlığında yerli iş adamı Valentina Mamaya məxsus “VAZ” markalı avtomobil partladılıb. İlkin məlumata görə, partlayış zamanı Mamay avtomobildə olub.

Fedorovun sözlərinə görə, Mamay işğalçıları səmimi qarşılayıb, psevdoreferendum təşkil edib və Berdyanskın vətənpərvərlərini düşmənə təslim edib: “İndi xəstəxanada – həyatı üçün qorxu ilə titrəyir.

Doğrudur, çünki bu cür insanlar üçün “atəşfəşanlıq” yeni başlayır. Buna görə də, Zaporojyedəki xainlər hazır olmalıdır!”.

//Samir Qurbanov,Editor.az