Berlin–Ankara xəttində hərbi yaxınlaşma: “Eurofighter” danışıqları gündəmdəbackend

Berlin–Ankara xəttində hərbi yaxınlaşma: “Eurofighter” danışıqları gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Türkiyəyə “Eurofighter” döyüş təyyarələrinin satışına razılıq verməyə hazır olduğu iddia edilir. Editor.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful cümə günü bu məsələni müzakirə etmək üçün Ankaraya səfər edəcək.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsünə istinadla yayılan xəbərlərdə qeyd olunur ki, rəsmi Berlin Türkiyəyə “Eurofighter” təyyarələrinin satışı ilə bağlı danışıqlara başlamağa müsbət yanaşır. Nazirlik rəsmisinin “Almaniya hökuməti “Airbus” şirkətinin Türkiyə ilə satış müzakirələri aparmaq təklifinə müsbət cavab verib. Bu təyyarələr NATO çərçivəsində kollektiv müdafiə məqsədilə istifadə olunur” – dediyi bildirilir.

Məlumata görə, Almaniya xarici işlər naziri Yohann Vadefulun Türkiyəyə səfəri zamanı “Eurofighter” satışının detalları və ikitərəfli hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bu ilin iyul ayında “Der Spiegel” jurnalının məlumatına istinadən bildirmişdi ki, Federal Təhlükəsizlik Şurası Türkiyənin 40 ədəd “Eurofighter” döyüş təyyarəsinin alınmasına dair ilkin müraciətini təsdiqləyib. Kornelius həmin vaxt “Alman hökuməti sənaye sektorundan daxil olan ilkin sorğuya müsbət cavab verdiyini təsdiqləyə bilər” – deyə açıqlama vermişdi.

//Samir Qurbanov, Editor.az